Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil İdarəsinin gənc əməkdaşları təltif olunub



Newscenter.az.3.02.2021. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 2 Fevral-Gənclər Günü münasibətilə gənc əməkdaşlar təltif olunub.

Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva kollektivin gənclərini əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. M.Vəliyeva BŞTİ-də kifayət qədər gənc əməkdaşların çalışdığını və onların çevikliyinin, enerjisinin ümumi işə müsbət təsir göstərdiyini nəzərə çatdırıb. BŞTİ müdiri paytaxt təhsilində mühüm nailiyyətlərin əldə edilməsində, milli-mənəvi dəyərlərin qorunması və inkişafında gənclərin müstəsna rolundan danışıb.

Hər il fevralın 2-nin ölkəmizdə Gənclər Günü kimi qeyd edildiyi bildirən İdarə müdiri Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb. Dövlət başçısının uzaqgörənliklə reallaşdırdığı siyasətin həyata keçirilməsində gənclərin də üzərinə mühüm vəzifələr düşdüyün deyən M.Vəliyeva ölkənin hərtərəfli inkişafına gənclərin mühüm töhfə verməli olduğunu nəzərə çatdırıb.

Daha sonra çıxış edən gənclər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da səylə çalışacaqlarını ifadə ediblər.

Sonda 2 Fevral-Gənclər Günü münasibətilə İdarənin gənc əməkdaşlarına BŞTİ-nin Fəxri fərmanı verilib.

R.Mehdiyeva
Xəbəri paylaş