Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə növbəti görüş keçirilib-FOTOLAR



Newscenter.az.4.02.2021. 4 fevral tarixində Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin İntizam komissiyasının sədri, millət vəkili Eldar İbrahimov və İsmayıllı rayonunun deputatı Novruzəli Aslanov Vətən müharibəsində yaralanan döyüşçüləri evlərində ziyarət ediblər.

Newscenter.az-a daxil olan xəbərə görə, Diyallı, Qoşakənd və Bizlan kəndlərində keçirilən görüşdə qazilərimiz və ailə üzvləri hər zamankı kimi göstərilən diqqət və qayğıya görə ilk növbədə Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edərək bu ənənəni davam etdirən Rayon İcra Hakimiyyəti başçısına və Millət Vəkillərinə təşəkkür ediblər. Görüş pandemiya qaydalarına uyğun təşkil olunub.

RİH başçısı və Millət Vəkilləri Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçuları ilə səmimi söhbətlər apararaq 44 günlük Vətən Müharibəsinin Azərbaycan xalqına zəfər sevincini bəxş etməsi ilə yanaşı, qəhrəmanlarımızıı bir daha xalqa tanıtmasını qeyd ediblər. Onlar vurğulayıblar ki, neçə-neçə igid oğullar vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır. Ən qısa zamanda bu şöbənin əməkdaşları mütamadi olaraq müharibə iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Anar
Xəbəri paylaş