Newscenter.az.5.02.2021. Ermənistanda Gürcüstanla sərhədin 81 kilometrliyində 5,2 maqnitudalı zəlzələ baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.
Qeyd olunub ki, episentr Ermənistan-Azərbaycan sərhədi yaxınlığında qeydə alınıb.
Ermənistan ərazisində ardı-arda 3,8 və 4,2 bal gücündə daha iki zəlzələ də baş verib.
Hər üç zəlzələ Tbilisi də daxil olmaqla Gürcüstanda da hiss edilib.