Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Navalnı ilə başladılan proses Putinin boğazına keçirilən qarmaq olub



Newscenter.az.6.02.2021. Hadisələr gözlədiyimiz istiqamətdə də gedir: ABŞ və Avropa Birliyi 44 günlük Qarabağ savaşı üzərində qurulmuş antiqərb ittifaqını -Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığını pozmağa və bu 3 ölkədən, ən azı, birində hakimiyyət dəyişikliyinə nail olmağa çalışır.

Navalnı ilə başladılan proses Putinin boğazına keçirilən qarmaq olub və bu olay parlament seçkiləri öncəsi Rusiyada qarışıqlıq yaratmaq üçün cəmiyyəti ayaqlandıracaq kifayət qədər ciddi hadisəyə çevrilib.

Qərbyönümlülərin təsirindəki Boğaziçi Universitetində başladılan etiraz aksiyaları isə Ərdoğana qarşı müxalif cəbhəni genişləndirmək və gəncləri meydanlara çıxarmaq istiqamətində atılmış ilk “test tapşırığı” sayıla bilər…

Növbəti hədəf Əliyev Azərbaycanıdır. Azərbaycanda “rus sülməramlıları” və “şəhid məzarları” mövzusundan istifadəylə dirçələn Qərbyönümlü müxalifətə hakimiyyət içərisində kök atmış oliqarxiya da qiymət artımları və maliyyə sabotajıyla ardıcıl olaraq "pas" ötürür…
Qarabağdakı qələbədən eyforiyaya qapılmış məst başlar bir də onda ayılacaqlar ki, offşorlardakı kapitallarının girovuna çevrilmiş oliqarxiya Qərbdən bəslənən müxalifəti meydanlara töküb… Onda da çox gec olacaq!

Hakimiyyət ağlını başına yığıb, yersiz inaddan əl çəkməli, müxalifətin sağlam qanadıyla ittifaqa getməli və birgə, radikal islahatlarla xalqın itmiş inamını bərpa etməlidir!

Birdəfəlik başa düşmək lazımdır ki, çirkli əllərlə təmiz paltar geymək olmadığı kimi, korrupsiyaya bulaşmış qartımış və sırtılmış məmur korpusuyla da hər hansı islahata inam yaratmaq olmaz!

Yalnız yeni – təmiz, dürüst, peşəkar, ədalətli və vətənpərvər kadrlar ölkəni gözləyən təhlükələrdən qoruya bilər!

Siyasi iddiaya düşər deyə, islahat missiyasını belə adamlara həvalə etməkdən qorxmayın! Doğrudanmı, bu ölkədə sədaqətlərinə və ləyaqətlərinə güvənə bildiyiniz 5-10 kadr tapa bilmirsiniz?!

Elxan Şükürlü-müstəqil ekspert
Xəbəri paylaş