Newscenter.az.6.02.2021. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alim Aygün Attara yüksək vəzifə verib.
Dövlət başçısının müvafiq qərarı “Resmi Gazete”də dərc olunub.
Qərara əsasən, professor A.Attar Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilib.
Qeyd edək ki, A.Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub.