Newscenter.az.7.02.2021. Pandemiyanın əvvəlindən dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 105 milyon 763 min 135 təşkil edir.
Bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
Qeyd edilir ki, dünyada COVID-19-dan ölənlərin sayı bir gün ərzində 2 milyon 309 min 350-ə qədər artıb, virusa yoluxmuş 76 milyondan çox insan sağalıb.
Koronavirusa yoluxma hallarının 5 milyon olduğu ilk üçlük ölkələri siyahısında ABŞ, Hindistan və Braziliya qərarlaşıb.
Dünyada COVID-19-a yoluxma hallarının sayına görə birinci yerdə Birləşmiş Ştatlar (26 916 192) qərarlaşıb. ABŞ-da COVID-19-dan 462 173 ölüm qeydə alınıb, təxminən 17 milyon insan sağalıb.
Siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiya ölkəsində 10 milyon 826 min 363 nəfərdə təhlükəli infeksiya aşkarlanıb, 154 996 insan COVID-19-dan ölüb, 10,5 milyondan çox insan sağalıb.
Braziliyada dünyada yoluxma hallarının sayına görə üçüncü yerdədir. Bu ölkədə pandemiya ərzində virusa 9 milyon 447 min 165 yoluxma qeydə alınıb, 230 034 insan ölüb, 8,3 milyondan çox pasiyent sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.