Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qafqazda siyasi liderlər yetişdirəcək ilk akademiya təsis olunub



Newscenter.az.11.02.2021. Qafqaz regionunda Birlik – Apolitik (qeyri-siyasi) Akademiya açılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, təsisat Qlobal Apolitik Akademiyanın bölməsi kimi fəaliyyət göstərəcək.

Birlik – Apolitik Akademiyanın təsisçiləri Gürcüstanın keçmiş iqtisadiyyat və dayanıqlı inkişaf naziri Vera Kobaliya, Fermerlər Assosiasiyasının sədri Nino Zambaxidze və Maliyyə Nazirliyi Aparatının sabiq rəhbəri Valeri Çexeriyadır.

“Birlik” bölgədə siyasətçilər və dövlət vəzifələri tutmağa hazırlaşanların təhsil alacağı ilk siyasi akademiyadır. Qeyri-kommersiya təşkilatı Gürcüstan, Azərbaycan, Ermənistan və Şimali Qafqazda etik və novatar siyasi liderlər şəbəkəsini gücləndirməyi hədəfləyib.
Xəbəri paylaş