Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhsəti Hüseynova yazır: Yeni doğulan uşaqlar üçün ən ideal qida nədir?

Məhsəti Hüseynova yazır: Yeni doğulan uşaqlar üçün ən ideal qida nədir?


Newscenter.az.10.02.2021. Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova yeni ana olmuş valideynlərə bir sıra vacib tövsiyələrdə bulunub. “Analara məsləhət!” adlı rubrikada ekspert Məhsəti Hüseynova “1 yaşa qədər uşaqlarda aylıq qidalanma planı necə qurulmalıdır? ” sualını cavablandırıb.

Newscenter.az həmin məqaləni təqdim edir:

Yeni doğulan uşaqlar üçün ən ideal qida ana südüdür. Ana südü həyatın ilk 6 ayında uşağın lazım olan bütün qida ehtiyacını ödəyir. Lakin 6 ayından sonra böyüyən orqanizmin tələbatını təkbaşına qarşılaya bilmədiyi üçün əlavə qidaya keçid vacibdir. Əgər ana südü varsa mütləq şəkildə davam etdirilməli, yoxsa həkim məsləhəti əsasında süni qidayla yanaşı əlavə qidalanmaya başlanmalıdır.
Əlavə qidalanmaya keçərkən aşağıdakılar nəzərə alınmalıdır:

✔ 6 aydan sonra başlanılmalı (süni qida qəbul edən körpələrdə həkim məsləhətilə 4 aydan sonra da başlana bilər);
✔ Enerji və tərkib cəhətdən zəngin olmalı;
✔ Təmiz və etibarlı olmalı (yaxşı olardı ki, evdə özünüz hazırlayasınız );
✔ Başlanğıc üçün tək çeşidli qidalardan istifadə edilməli və 2-3 gün ərzində allergik vəziyyətə nəzarət edilməlidir. Allergiya, qusma, ishal yaradarsa imtina edilməli;
✔ Kiçik porsiyalarla başlayıb tədricən artırılmalı ;
✔ Əgər yeni qidadan imtina edirsə 10-15 gün arayla təkrar yoxlanılmalı;
✔ Əlavə qidaları dadlandırmaq üçün ədviyyatlardan istifadə etməməli, ehtiyac olarsa təbii dadlandırıcılar əlavə edilməli;
✔ Əlavə qidanı verərkən əmziklə deyil, qaşıqla, stəkanla uşağı tanış etməyi unutmamalı.

0-6 ay - yalnız ana südü (ehtiyac olarsa süni qida)
7 ayından- ana südü, mövsümə uyğun meyvə-tərəvəz püresi, yumurta sarısı, bəhməz, duzsuz pendir.
8 ayından 7-ci aydakılara əlavə olaraq qatıq (yaxşı olarki özünüz hazırlayasınız), düyü, düyü unu, tərəvəz şorbaları, ət və ət məhsulları, paxlalılar.
12 ayından artıq evdə bişən yeməklərə keçmək olar.

Meyvə-tərəvəz seçimi edərkən çalışın mövsümə uyğun seçim edəsiniz və qidaları verərkən uşağın ayına, ağız-çənə quruluşuna uyğun olaraq qidaları tamamilə deyil, nisbətən iri hissəciklər halında şüşə sürtgəclə və ya çəngəllə əzib verəsiniz.
Xəbəri paylaş