Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması mövzusunda onlayn təlim keçirilib



Newscenter.az.10.02.2021. 9-10 fevral tarixlərində Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması mövzusunda növbəti təlim-seminar təşkil etmişdir.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşlarının iştirak etdiyi onlayn təlim ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə icra edilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində baş tutmuşdur.

Zorakı ekstrmizm və radikallaşmaya dair məlumatlılığı artırmaq məqsədi daşıyan təlimin ilk günü “Avropada zorakı ekstremizm və radikallaşma: Səbəblər və mübarizə nümunələri”, ikinci günü isə, “Zorakı ekstremizm, gənclər və rəqəmsal dünya” mövzüsunun müxtəlif məsələləri əhatə olunmuşdur. Gənclərlə iş, gənclər arasında tənqidi düşüncə bacarıqlarının təbliği, zorakı ekstremizmlə mübarizədə təlim-tədris resursları müzakirə olunmuşdur. Təlim icma dayanıqlığı və qabaqlayıcı strategiyaların həyata keçirilməsi üzrə Böyük Britaniyalı mütəxəssis cənab Qaffar Husseyn tərəfindən keçirilmişdir. Tədbirdə Komitənin əməkdaşı Cahandar Əlifzadə zorakı ekstremizm və radikallaşma ilə mübarizədə Azərbaycan təcrübəsi ilə bağlı təqdimatla çıxış etmişdir.

Sevinc
Xəbəri paylaş