Newscenter.az.11.02.2021. “Bu təlimlərin icrası zamanı bütün dünya gördü ki, Türkiyə və Azərbaycanın Silahlı Qüvvələri malik olduqları təchizat ilə quruda, dənizdə, havada, qışda, yazda, dağda, düzənlikdə ona verilən bütün tapşırıqları yerinə yetirə biləcək gücdədir. Hər kəs türk millətinin müdafiəsi məsələsində Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinə güvənməlidir”.
Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar söyləyib.
“Türkiyə və azərbaycan qardaşdır. 44 günlük əməliyyat bunun sadəcə sözdə yox, əməldə də olduğunu göstərdi”, - o bildirib.