Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramiz Mehdiyev ətrafında baş verən proseslər şişirdilir



Newscenter.az.11.02.2021. Ramiz Mehdiyev ətrafında baş verən proseslər şişirdilir və onun bundan sonra Azərbaycan siyasətində hər hansı bir təsir rıçaqları sıradan çıxarılıb.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib ki, Ramiz Mehdiyev uzun illər Rusiyaya bağlı adam olub:

"indi o, Mosavaya maraqlı fiqur deyil. AMEA saytından verdiyi bəyanatlar özünün var olduğunu, təsir sferasını saxladığını göstərməyə çalışır. İqtidar hazırda Qərb və Rusiya arasında tarazlığı qoruyur, Ankara ilə sıx siyasi əlaqələri möhkəmləndirməklə kənar təzyiqləri neytrallaşdırır. Eyni zamanda Ramiz Mehdiyev və onun bu illər ərzində formalaşdırdığı qrup sıradan çıxarılır. Bu prosesdən R. Mehdiyev narahatdır və çalışır ki, siyasi komandası varlığını qorusun. Əsas planı Rusiyanın yenidən bunları öz kurasiyasında saxlamasına nail olmaqdır".

Mehman
Xəbəri paylaş