Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zakir Həsənov: “Türkiyə ordusunun təcrübəsindən faydalanmaq bizim üçün vacibdir”



Newscenter.az.11.02.2021
. “Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir. Qardaş ölkə ilə güclü əməkdaşlığımız mövcuddur. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən faydalanmaq bizim üçün vacibdir”.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib.

“Azərbaycan və Türkiyə arasında tarixi, dini və mədəni bağlar var. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən “bir millət, iki dövlət” olaraq ifadə edilən Türkiyə-Azərbaycan əlaqələri bu gün dövlət başçılarımızın rəhbərliyi altında uğurla davam etməkdədir. Azərbaycanla Türkiyə arasında əlaqələrin davam etməsinə dövlət başçılarımızın böyük töhfəsi var”, - deyə Z. Həsənov vurğulayıb.
Xəbəri paylaş