Newscenter.az.12.02.2021. ABŞ və Çin liderləri arasında telefon danışığı olub və bu danışıq iki saat çəkib.
ABŞ Prezidenti Bayden azad və açıq Hind-Sakit Okean bölgəsinin vacibliyindən danışıb. Çinin rəhbəri isə açıq şəkildə ABŞ-ı onun ölkəsinə qarşı çıxmaqdan çəkinməyə çağırıb. O qarşı-qarşıya gəlməyin hər iki ölkə üçün də
“fəlakət” olacağını bildirib. Si Szinpin qeyd edib ki, iki tərəfin də yanlış anlaşılmalara imkan verməməsi üçün lazımi addımlar atılmalıdır.
İki saatlıq telefon danışığından sonra ABŞ Prezidenti Ağ Evdə təşkil olunan brifinqdə aşağıdakıları deyib: “Çin bir çox sahədə böyük layihələr həyata keçirir. Hərəkətə keçməsək, onlar bizi qabaqlayacaq. Sürətlənməyə məcburuq”.
İki ölkə arasında uzun illər davam edən soyuq müharibənin artıq isti fazaya keçəcəyi də istisna olunmur. Bunu artıq yeni dünya müharibəsi və bəşəriyyət üçün növbəti faciələrin başlanğıcı da hesab etmək olar.
Xəyal Bəşirov-siyasi şərhçi