Newscenter.az.12.02.2021. Bakının İlqar Zülfüqarov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, bu səbəbdən 11 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti olaraq Xudu Məmmədov küçəsi – Gəncə prospekti – Sadıqcan küçələri ilə təşkil edilib.