Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüsselin imicinə zərər dəydi



Newscenter.az.12.02.2021. Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsinin ingilislərin gözündə doğru olduğu son iki hadisə ilə təsdiqinı tapdı. Birincisi, Böyük Britaniya hökuməti vətəndaşlarının peyvəndlənməsinə Avropa İttifaqından tez başladı. Brüsseldəki bürokratik sistem peyvəndlənməni gecikdirdi, nəticədə köhnə qitədə virusa yoluxanların və ölənlərin sayı azalmadı. Brüsselin özü də gecikməni etiraf etdi, Deməli, əgər Böyük Britaniya Avropa İttifaqında olsaydı, London da birliyin o biri ölkələri kimi peyvənləmədə gecikəcək və bu dumanlı albionda yoluxma sayını artıracaqdı.

İkinci hadisə də Londonun xeyrinə oldu. Avropa İttifaqının xarici siyasət rəhbəri Jozep Borrelin Moskvaya son səfəri fiaskoyla nəticələndi. Avropalı deputatlar Borreli yerdən yerə vurdular. Moskva bildiyini etdiyi halda Borrel Rusiya səfərindən heç nəyə nail olmadı, həbsdə olan Aleksandr Navalnıyla da görüşə bilmədi. Brüsselin imicinə zərər dəydi. Böyük Britaniya Avropa İttifaqından uzaqlaşmaqla Brüssel yanlış Rusiya siyasətinin tərkib hissəsi olmaqdan özünü qorudu. Londonun xarici siyasətini artıq Brüssellə uzlaşdırmasına ehtiyacı yoxdur.

Elxan Şahinoğlu, politoloq
Xəbəri paylaş