Newscenter.az.12.02.2021. "YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.
Newscenter.az xəbər verir ki, qazimiz Qurban Əliyevin, şəhidimiz Telman Kəlbiyevin oğlu Səid Kəlbiyevin, şəhidimiz Ağacan Cəbrayılovun qızı Ləmanın və oğlu Sədinin, şəhidimiz Ağamirzə Gülmalıyevin atası Ağabəy Gülmalıyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.
Sevinc