Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi münasibətlərdə indiyədək soyuqluq yaradan buzlar artıq əriməyə başlayır



Newscenter.az.12.02.2021. "Dünən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ictimai çağırışlara operativ reaksiya verərək, bir qrup alimimizlə görüş təşkil etməsini və bu görüşdə də siyasi dialoq mövzusunun müzakirəyə çıxarılmasını, orada milli və siyasi həmrəyliyə “strateji resurs” kimi yanaşılmasını Ədalət Partiyası adından təqdir edirik".

Newscenter.az xəbər verir ki, bu fikirləri Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü səsləndirib. O, bildirib ki, ölkənin içində milli və siyasi həmrəyliyə nail olunması ən böyük strateji resursumuzdur:

"Hesab edirik ki, bu tədbirdə 44 günlük Qarabağ savaşında ölkədə yaranmış milli və siyasi həmrəyliyin qorunub saxlanmasının və daha da inkişaf etdirilməsinin bizi qarşıda gözləyən çətin problemlərin həllində çox gərəkli olacağının hakimiyyət tərəfindən səsələndirilməsi və etirafı çox yaxşı haldır. Deməli, siyasi münasibətlərdə indiyədək soyuqluq yaradan buzlar artıq əriməyə başlayır və bundan sonra daha hakimiyyətin yerli-yersiz eks-prezident Əbülfəz Elçibəyi tənqidlərini də eşitməyəcəyik… Üstəlik, daha gözəli də odur ki, alimlərimiz artıq bu işə cəlb edilir. Vaxtilə məşhur sufi alimimiz Hacı Vəli Bektaş deyərdi: “Elmlə gedilməyən yolun sonu qaranlıq olar”.

Partiya rəsmisi qeyd edib ki, qaranlıqlardan aydınlığa çıxmaq, yollarımızın rəvan olmağını istəyiriksə, hər sahə üzrə elmli adamlarımızın – gerçək alimlərimizin önünü açmalı, onların təklif və iradlarını, təşəbbüslərini dəstəkləməliyik.

Mehman
Xəbəri paylaş