Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat: "3-5 məmurun yarıtmaz fəaliyyəti işini ləyaqətlə görən şəxslərin fəaliyyətinə kölgə salmamalıdır"



Newscenter.az.13.02.2021. Prezident İlham Əliyev də ölkənin bütün məmurları qarşısında çox sadə və aydın bir kurs müəyyən edib, qanunları rəhbər tutaraq səlahiyyətləri daxilində xalqa xidmət etmək.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, bu sadə və ədalətli tələbə rəğmən, ölkənin harasında olur olsun, vətəndaşın müraciətinə laqeyd yanaşmaq, imkan və səlahiyyətləri daxilində olan məsələlər üzrə kömək etməmək dövlətə və cənab Prezidentin müəyyən etdiyi siyasi kursa xəyanətdir:

"Əmin ola bilərsiz ki, belə şəxslər qanunun sərt üzünü görəcəklər. Lakin, bir məqama da xüsusi diqqət etməliyik ki, hardasa 3-5 məmurun yarıtmaz fəaliyyəti heç kimdə dövlətimizin qüdrətinə, o cümlədən işini ləyaqətlə görən şəxslərin fəaliyyətinə kölgə salmamalıdır".

Mehman
Xəbəri paylaş