Newscenter.az.13.02.2021. Bu gün Biləsuvar şəhərindəki deputat qərargahında karantin qaydalarının tələblərini gözləməklə, seçicilərimi narahat edən bir çox məsələlərlə bağlı online formatda görüşümüz baş tutdu.
Newscenter.az xəbər verir ki, bu barədə özünün facebook səhifəsində məlumat verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, vətəndaşların işsizlik, ünvanlı sosial yardım, əlillik dərəcəsinin təyin edilməsi, əlilliyin yenidən qiymətləndirilməsi zamanı yaradılan süni əngəllər, vətəndaş-məmur münasibətləri ilə bağlı müraciətlərini qəbul etdib:
"Qısa zamanda həmin müraciət və iddiaları araşdırılma üçün yuxarı dövlət qurumlarına, həmçinin, hüquq mühafizə orqanlarına ünvanlayacağam. Əlbəttə, bəzi hallarda elə müraciət və istəklər olur ki, yerli səviyyədə həlli mümkünsüzdür, anlayışla yanaşmalıyıq ki, hər bir vəzifəli şəxsin və dövlət orqanının səlahiyyətinin həddi var".
Mehman