Newscenter.az.13.02.2021. Yerevanda fevralın 13-də 4,7 bal gücündə zəlzələ olub.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:28-də baş verib. Zəlzələ bir neçə saniyə davam edib. Şəhərin müxtəlif hissələrindəki çoxmərtəbəli binaların sakinləri vahimələnərək küçəyə çıxıb.
Yeraltı təkanların ocağı 2 km dərinlikdə yerləşib. Zəlzələ ocağı Yerevandan 12 km uzaqda olub.