Bakıda avtomobillər toqquşub, xəsarət alan var
Tarix: 14-02-2021, 09:00
Newscenter.az.14.02.2021. Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Sarıyev Abdulla Əhməd oğlu bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.