Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş ağrılarının səbəbləri NƏDİR?



Newscenter.az.14.02.2021. “Çox zaman baş ağrısı həyat tərzi dəyişiklikləri nəticəsində baş verir. Ağrıların ilkin mümkün səbəbi dehidrasiyadır (bədəninizin içdiyinizdən daha çox maye itirməsidir – Red)”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu angionevroloq, tibb elmləri doktoru Yevqeniy Şirokov bildirib. Onun sözlərinə görə, oturaq həyat tərzi baş ağrısı üçün risk faktorudur:

“Sinir uclarının qıcıqlanması baş verə bilər, bu da əzələ spazmına səbəb olur və nəticədə venoz axını pozulur. Bu, baş ağrısının meydana gəlməsi üçün münbit şərait yaradır”.

Baş ağrısının mümkün başqa səbəbi də havasız otaqdır: “Bunun səbəbi oksigen çatışmazlığı, karbon dioksidin çox olması və artan temperaturdur. Nəticədə damar spazmaları yaranır və beyindaxili təzyiq artır. Bundan başqa, səhər yeməyindən imtina baş ağrısına səbəb ola bilər”.

Həkim bildirib ki, profilaktika üçün gün ərzində azı yarım saat gəzmək, isti və ya sərin duş qəbul etmək, saçları daramaq və baş masajı etmək lazımdır.
Xəbəri paylaş