Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı verib



Newscenter.az.14.02.2021. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Terror aktı nəticəsində günahsız Türkiyə vətəndaşlarının qətlə yetirilməsi xəbəri bizi son dərəcə kədərləndirdi. Biz bu amansız terror aktından olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını zəruri hesab edirik".

Baş nazir faciə ilə əlaqədar Fuat Oktaya dərin hüznlə başsağlığı verib.
Xəbəri paylaş