Newscenter.az.14.02.2021. Pandemiyanın başlanğıcından dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 108 milyon 535 739 təşkil edir.
Bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
Qeyd edilir ki, dünyada COVID-19-dan ölənlərin sayı 2 393 703 milyona yüksəlib, 80 milyondan çox insan sağalıb.
Koronavirusa yoluxma hallarının 5 milyon olduğu ölkələrin siyahısına ABŞ, Hindistan və Braziliya daxildir. Birləşmiş Ştatlar dünyada təhlükəli infeksiyaya yoluxma və ölüm saylarına görə birincidir. Bu ölkədə COVID-19-a 27,5 yoluxma aşkarlanıb, 484 min ölüm qeydə alınıb, təxminən 18 milyon insan sağalıb.
Dünyada COVID-19-a yoluxma hallarının sayına görə ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiya ölkəsində 10,9 milyon nəfər koronavirusa yoluxub. Braziliyada 9,8 milyon insanda COVID-19 aşkarlanıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.