Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni vəhşiliyini birbaşa xarici ölkə təmsilçilərinin öz gözləri ilə görməsi məqsədəuyğundur



Newscenter.az.14.02.2021. “Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri çox vacibdir. Diplomatik korpus nümayəndələri Cəbrayıl və Zəngilana səfərdə erməni vəhşiliyininin şahidi oldu”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri və oradakı vandalizmlə bağlı bütün dünyaya həqiqətləri çatdırması mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda səfirlərin həmin ərazilərdə olması baş vermiş talan və barbarlığın əsl mahiyyəti haqqında informasiyaların güclənməsinə imkan yaradacaq. Məhz bu səfərdən sonra diplomatik korpusun nümayəndələri məlumat və arayış hazırlayaraq, öz ölkələrinə təqdimatlar göndərəcək. Səfirlər fəaliyyətində məhz gördükləri, getdikləri yerlərlə bağlı bu tip sənədlər hazırlayıb ölkələrinə təqdim edir.

“Erməni vəhşiliyini birbaşa xarici ölkə təmsilçilərinin öz gözləri ilə görməsi məqsədəuyğundur. Böyük Britaniyanın, Xorvatiyanın ölkəmizdəki səfirlərinin artıq bu səfərlə bağlı, reallığa olan münasibəti mətbuatda yer alıb. Xarici ölkə təmsilçiləri o ərazilərdə gördüklərinin hələ də şokunda olduqlarını bildirir. Torpaq işğal edilib, evlər dağıdılıb. Amma insanların qəbirlərini dağıtmaq, vandallıq etmək, bunlar mənəviyyat məsələsidir. Bir toplum o dərəcədə mənəviyyatsız olmalıdır ki, qəbirləri qazıb sümük qalıqlarını belə çıxarsın, təhqir etsin. Eyni zamanda dini ocaqların, xüsusən də məscidlərin dağıdılması bu qəbildəndir. Cəbrayılda olan məscidlər tamamilə dağıdılıb. Zəngilanda məscidlər yerlə yeksan edilib. Bu faktlar ermənilərin vəhşi, barbar bir toplum, düşüncə daşıyıcısı olduğunu göstərir”,-deyə deputat qeyd edib.
Xəbəri paylaş