Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT-nin Komitəsinə ilk dəfə azərbaycanlı vitse-sədr seçilib



Newscenter.az.16.02.2021
. BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə (CEDAW) ilk dəfə olaraq azərbaycanlı vitse-sədr seçilib.

"Report" xəbər verir ki, vitse-sədr vəzifəsini hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov icra edəcək.

Qeyd edək ki, E.Səfərov 1982-ci ildə anadan olub. O, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiridir. E.Səfərov 15 ildir Dövlət Komitəsində çalışır.
Xəbəri paylaş