Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həmsədrlər demək istəyirlər ki, işləyirlər və havayı maaş almırlar



Newscenter.az.16.02.2021. ATƏT-in Minsk Qrupu həmsədrləri fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Aivazian və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayılıqda görüş keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də görüşlərə qatılıb. Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin rolu ilə əlaqədar uzun və əsaslı fikir mübadiləsi apadıqlarını bildiriblər.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, həmsədrlər Bakı və İrəvanla keçirdikləri videokonfrans və bununla bağlı yaydıqları bəyanat vasitəsilə demək istəyirlər ki, "mövcuddurlar, işləyirlər və havayı maaş almırlar".

"Halbuki, başda işsiz qalan Andjey Kaspşik olmaqla həmsədrlərin maaşlarının ən azı yarıbayarı kəsilməsi lazımdır. Onlara 10 noyabrdan sonra ehtiyac yoxdur. Andjey Kaspşik 20 il ərzində yağlı kabablar hesabına xeyli kökəlib, ona bu yaşda dieta lazımdır".

Mehman
Xəbəri paylaş