Newscenter.az.16.02.2021. "Müasir dövrün tələblərindən biri də xarici mətbuat orqanlarında dövlətimizin, Azərbaycanımızın, Qarabağ Zəfərimizin, Cənab Prezident İlham Əliyevin ölkəmizin sürətli inkişafı üçün həyata keçirdiyi mükəmməl daxili və siyasətin, onun gördüyü misilsiz işlərin işıqlandırılmasına nail olmaqdır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün səfir olduğum Moldovanın mətbuat orqanlarında da müxtəlif məqalələr, o cümlədən səfirliyin məlumatları, səfir kimi açıqlamalarım, müsahibələrim dərc olunur. Azərbaycan səfirliyi Moldova mediası ilə səmimi və səmərəli əməkdaşlıq münasibətləri qurub. Hesab edirəm ki, Azərbaycanın dəyərli, sanballı qələm sahiblərinin dövlətimizin, ölkəmizin təbliği yönündə yazılarının Moldova mətbuatında da dərc olunması yaxşı hal olardı".
Newscenter.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Moldovadakı səfir Qüdsi Osmanovun facebook sosial şəbəkəsi üzərindən ünvanlanan müraciətində əksini tapıb. Səfir qeyd edib ki, bu məqsədlə hörmətli yazar dostlarıma səslənərək bildirirəm ki, Azərbaycanımızın təbliği yönündə peşəkar, yüksək səviyyəli məqalələrini mənə də facebook üzərindən yollasınlar və biz onların Moldova mətbuatında dərcinə çalışaq:
"Həmçinin, ictimai-siyasi sferada olan intellektual, fəal gənclərimizin də müxtəlif dövlətçilik prinsiplərinə əsaslanan fikirləri, ölkənin bu günü və gələcəyi, inkişaf yolu barədə analitik, təhlili yazılarını da təqdim etsələr, onları da Moldova mətbuatında dərc etdirməyə çalışacağıq".
Anar