Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid ailələri və qazilərin tibbi ehtiyaclarının ödənilməsi üzrə işlər davam etdirilir



Newscenter.az.16.02.2021. "YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Newscenter.az-a daxil olan xəbərə görə, qazilərimiz Rahim Bəhrəmlinin və Nadir Məmmədovun, şəhidimiz Şəhriyar Əsgərovun anası Minayə Əsgərovanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Sevinc

Xəbəri paylaş