Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Un məmulatlarının satışı ilə məşğul olan obyektlərdə yoxlama keçirilib



Newscenter.az.16.02.2021. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəki şəhəri, S. Rəhman küçəsində yerləşən un məmulatlarının satışı ilə məşğul olan obyektlərdə yoxlama keçirib.

AQTA-dan Newscenter.az-a verilən məlumata görə, keçirilən yoxlama zamanı istifadə olunan bitki yağlarının keyfiyyəti ilə bağlı araşdırma aparılıb. Həmin yağların istehlaka yararlı olub-olmamasının qiymətləndirilməsi məqsədilə “Testo 270” cihazı ilə oksidləşmə dərəcəsinə nəzarət edilib.

Aparılan araşdırmalar zamanı baxış keçirilmiş 6 obyektdən 3-də istifadə olunan yağların dəfələrlə istifadə olunduğu, keyfiyyətinin normalara cavab vermədiyi aşkar olunduğundan yerindəcə məhv edilib, qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Eyni zamanda sahibkarlara qanunvericiliyin tələbləri izah edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Orxan
Xəbəri paylaş