Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tikinti şirkətləri ağacları gecə gizlicə kəsirlər



Newscenter.az.17.02.2021. “Bəzən böyük tikinti şirkətləri yeni çoxmərtəbəli binaların tikintisi üçün milyonlarla vəsait xərcləyir. Lakin adi razılaşma üçün aidiyyəti qurumlara müraciət etmirlər”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, köhnə binaların sökülüb yerində müasir binaların tikilməsi vacibdir: “Lakin həmin ərazilərdə yaşıllığın köçürülməsi üçün rəy alınmır. Böyük tikinti şirkətləri kiçik məbləğləri ödəməkdənsə, gecə gizlicə ağacları kəsirlər. Sonra da böyük məbləğdə cərimə edilirlər”.
Xəbəri paylaş