Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Hərbi Hava Qüvvələri praktiki uçuşlar icra edir-VİDEO



Newscenter.az.18.02.2021. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim uçuşları keçirir.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri gündüz və gecə vaxtlarında ilk praktiki uçuşları icra edir.

Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatını da həyata keçirir.
Xəbəri paylaş