Newscenter.az.18.02.2021. Azərbaycan Türkiyə arasında siyasi əlaqələr hər keçən gün daha da sıxlaşır və rəsmi Bakı bu əlaqələrin inkişafında daha da maraqlı görünür. İkinci Qarabağ müharibəsindən bir neçə ay əvvəl bu kimi qarşılıqlı səfərlər intensivləşmişdi. Bu səfərlər qarşılıqlı etimada və Ankaranın siyasi dəstəyi ilə Qarabağda uğurlu hərbi əməliyyatların qalibiyyəti ilə yadda qaldı. Məhz Türkiyə faktoruna görə Azərbaycana təzyiqlər maksimum müsbət nəticə vermədi.
Hazırda Ankaraya növbəti səfərlər reallaşır və Azərbaycan nümayəndə heyəti Prezident Erdoğan tərəfindən yüksək səviyyədə qəbul edilir. Digər rəsmilərin səfərləri fonunda Baş prokuror Kamran Əliyevin səfəri, ardınca Baş nazir Əli Əsədovun səfəri gözlənilir. Bu səfər Ankara -Baki arasında növbəti işbirliyinin olmasından, həmçinin Azərbaycana qarşı növbəti təzyiqlərin baş qaldırmasından xəbər verir. Çünki ölkəmizə qarşı Rusiya hakimiyyətinin kifayət qədər təzyiqlərinin artması müşahidə edilir və arxa qapılar arxasında Azərbaycanın Gömrük İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük məsələsi istənilir.
Azərbaycan məhz Ermənistanın işğalını gündəliyə gətirməklə, uzun illərdi bu ittifaqlarda təmsilçilikdən imtina edirdi. İşğal prosesi başa çatıb və Kreml Bakıya üzv olmaq üçün artıq heç bir engelin olmadığını qeyd edir. Məhz ötən həftədə Putin post-sovet məkanında Rusiyanın mövqeyinin güclənməsini qeyd etməklə bu kimi məslələrə əsaslanırdı.
Rusiyanın Dağlıq Qarabağda sülhməramli qüvvələri ilə təmsil olunması və burada separtizmi müdafiə etməsi göz qabağındadır və bundan Azərbaycana qarşı təzyiq kimi istifadə edir. Rusiya mesaj verir ki, Avrasiya İttifaqı və KTMT təmsil olunmasan Qarabağda proseslər Azərbaycanın maraqlarına uyğun olmayacaq. Rəsmi Bakının Rusiyanın bu layihələrində iştirak etməsi, birbaşa müstəqilliyimizin əlyinə ola bilər və ölkəmizdə Rusiyanin siyasi istebleşmentini formalaşmasına gətirər. Buda gələcək perspektivdə forpost olmağımıza gətirib çıxara bilər. Həmçinin Qərbin ciddi iqtisadi qadağaları ilə üzləşə bilərik. Ona görə də rəsmi Bakı Rusiyanın orbitində yer almaya bilər.
Məhz prezident İlham Əliyev Türkiyə sıx siyasi-hərbi və iqtisadi əlaqələri inkişaf etdirməklə, müstəqilliyimizi qoruya bilər. Məhz Türkiyəyə yüksək səviyyədə sıx səfərlər məhz buna əsaslanır. Qeyd edim ki, Böyük Britaniyada artıq Azərbaycanı bu təhlükələrdən qorumağa başlayıb. İngiltərə rəsmilərinin ölkəmizə səfərləri və hərbi personalı ilə Qarabağda təmsil olunmaq istəyi, məhz buna əsaslanır. Türkiyə-Böyük Britaniya-Azərbaycan siyasi əməkdaşlığı yeni müstəviyə keçib və bu Azərbaycanın təhlükəsizliyinin qarantıdır.
Məhəmməd Əsədullazadə-Milli Cəbhə Partiyasının sədr müavini