Bakıda gözəllik salonundan 3 600 manatlıq oğurluq edildi
Tarix: 18-02-2021, 12:52
Newscenter.az.18.02.2021. Bakıda gözəllik salonunda oğurluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də rayon ərazisindəki gözəllik salonlarının birindən 3 000 manat pul və 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Hüseynli və Cəlilabad rayon sakini M.İsmayılov saxlanılıblar.