Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dostluq” yatağı ilə bağlı sənəd təsdiq üçün parlamentə göndərilib



Newscenter.az.18.02.2021. Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclası keçirilib.

Newscenter.az xəbər verir ki, iclasın gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu daxil edilib.

Memorandum təsdiq edilmək üçün parlamentin plenar iclasına tövsiyə edilib.
Xəbəri paylaş