Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda revanşist qüvvələr baş verənlərdən nəticə çıxarmalıdır

Ermənistanda revanşist qüvvələr baş verənlərdən nəticə çıxarmalıdır


Newscenter.az.18.02.2021. “Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizin ən şanlı səhifələrindən biridir. Hazırda qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir. Fevralın 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri də bu baxımdan böyük önəm kəsb edir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyev hər zaman prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib. Vətən müharibəsinin gedişində, ümumiyyətlə, danışıqlar prosesinin müxtəlif mərhələlərində Prezident İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızı cəsarətlə müdafiə etməsi, böyük diplomatik məharəti, dəqiq, məqsədyönlü, ardıcıl siyasət aparması qazanılmış tarixi qələbənin məntiqi nəticəsidir. Azərbaycanın gücü, potensialı və strateji yanaşması bölgədə yeni reallıq yaradacaq. Güclü və böyük iqtisadi potensiala malik Azərbaycanın işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq, bu bölgələrin ən qabaqcıl standartlara uyğun yenidən bərpa ediləcəyi, oarada yaşayan əhalinin rifahı üçün bütün addımılar atılacaq və bütün bunlar həmin regionda yaşayan bütün insanlar üçün yeni perspektivlər açacaq.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsini yaradacaq. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var.

Deputat qeyd edib ki, imzalanmış Bəyanat ardıcıl şəkildə icra edilir: “Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir. Məhz Azərbaycan Prezidentinin təkidi ilə əvvəllər nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm blokadadan çıxarılır, eyni zamanda, yeni nəqliyyat damarı yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Belə bir yeni nəqliyyat dəhlizinin yaradılması regionda mühüm hadisədir və region ölkələrinin əməkdaşlığını daha da gücləndirəcək”.

S.Fətəliyeva söyləyib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar: “Amma bütün bunlar əbəsdir. Prezident İlham Əliyev Laçın rayonunda olarkən bəyan etdi ki, “Biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”. Ona görə də, erməni tərəfi başına gələnlərdən ibrət dərsi götürməlidir. Onlar anlamalıdırlar ki, təxribatçı əməllərlə, bəyanatlarla heç nəyə nail ola bilmzlər. çünki Azərbaycanın gücünü gördülər. Ermənistanın gələcəyi öz qonşuları ilə normal əməkdaşlıqdan asılıdır”.
Xəbəri paylaş