Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın hərbi prokuroru: "Müharibədə ölən erməni hərbçilərin sayı məlum deyil"



Newscenter.az.18.02.2021. “İkinci Qarabağ müharibəsində ölən erməni həbçilərinin 3 389-nun meyiti identifikasiya olunub”.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan prokurorluq orqanlarının fevralın 18-də keçirilən müşavirəsində bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə xidməti vəzifləri yerinə yetirərkən ölən hərbçilərin yekun sayı hələ məlum deyil: “Hərbçilərin, mülki şəxslərin meyitlərinin axtarışı davam edir. 2020-ci ildə 3 389 hərbçinin meyiti identifikasiya olunub”.

Hərbi prokuror bildirib ki, 44 günlük müharibədə Ermənistanın 9 094 hərbçisi müxtəlif dərəcəli bədən xəsarət alıb. V.Arutyunyanın sözlərinə görə, 2020-ci ildə Ermənistanın hərbi hissələrində 3 016 cinayət qeydə alınıb ki, bu da 2019-cu illə müqayisədə 3 dəfə (ötən il 929 cinayət qeydə alınıb) çoxdur. O deyib ki, 3 016 cinayətin 55 faizi amansızlıq və xüsusi amansızlıqla törədilib.

Müşavirədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan da iştirak edib.
Xəbəri paylaş