Newscenter.az.18.02.2021. Norveçdə koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.
“Report”un məlumatına görə, bu barədə məlumatı “NRK” televiziya şirkəti məlumat yayıb.
Ötən gün ərzində “B.1.525” adlanan yeni növə 10-a yaxın yoluxma hadisəsi qeydə alınıb.
Norveç Səhiyyə İnstitutunun şöbə müdiri xanım Layn Vold bildirib ki, yeni ştammın yoluxucu olub-olmaması barədə yetərli məlumat yoxdur və yeni koronavirus müşahidə altında saxlanılacaq
Həkimlərin fikrincə, yeni ştammın koronavirusun Böyük Britaniya və Cənubi Afrika mutasiyaları ilə oxşarlığı var.