Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şam yeməyində nələri bilməliyik?



Newscenter.az.18.02.2021. Şam yeməyi zamanı necə qidalanmaq lazımdır? Yaxud qidalanma zamanı nələrə diqqət edilməlidr?

Newscenter.az xəbər verir ki, qida məsələləri üzrə ekspert Məhsəti Hüseynova bu barədə maraqlı məqalə yazıb. Həmin məqaləni təqdim edirik:

İlk olaraq onu deyim ki, düzgün şam yeməyi- yalnız nə yediyiniz deyil, həm də necə yediyinizdən asılıdır. "Serial izləyərək" şam etmək cazibədar bir fikir olsa da, amma zərərlidir.

Ekranın qarşısında, biz mexaniki şəkildə və həddindən çox yeyirik, xroniki həddindən artıq yemə isə çəki artımına səbəb olur.
Yemək yeyərkən qidaya fokuslanmaq lazımdır-dadı, ətri və tərkibi və s.
Televizoru söndürməyə, telefonu kənara qoymağa və yeməkdən zövq almağa çalışın - bu yolla daha az yeyəcək və daha doymuş hiss edəcəksiniz.

Əksər insanlar axşam rahatlaşırlar - çox yeyir, yerindən tərpənmirlər və kalori yandırmırlar. Buna görə yeyilən hər şey yağ anbarlarında yığılır və tezliklə əlavə kiloqramlara çevrilir.

Axşamlar şirniyyat istəyirsiniz?

Gün ərzində qida rasionunuza meyvələr, giləmeyvə, quru meyvələr və ya onlardan hazırlanmış uyğun şirniyyatlar daxil edin, ancaq şam yeməyindən əvvəl və ən azı iki porsiya yeyin.

Onların tərkibində çox sayda minerallar və qida lifləri var ki, bu da sizi tox saxlayır və həddindən artıq yeməməyə kömək edir. Ancaq axşam meyvə yemək tövsiyə edilmir, çünki gecə vaxtı insulin artımı böyümə hormonunun istehsalını ləngidir, yəni orqanizmdə hüceyrə yenilənməsinin başlanmasına mane olur.

Məhsəti Hüseynova-qida məsələləri üzrə ekspert
Xəbəri paylaş