Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA və Rumıniyanın müvafiq qurumu arasında görüş keçirilib



Newscenter.az.19.02.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rumıniyanın Milli Baytarlıq Sanitariyası və Qida Təhlükəsizliyi İdarəsinin nümayəndələri arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya iclasının Protokol” müddəalarının, eləcə də baytarlıq-sanitariya və qida təhlükəsizliyi tələbləri, heyvan və heyvan mənşəli məhsullar, qida məhsullarına verilən sertifikatlar, qida məhsullarının izlənilməsi sahəsində müzakirələr aparılıb.

Görüş zamanı nümayəndə heyətləri qurumun fəaliyyətini özündə əks etdirən təqdimatlarla çıxış edib. Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” layihələri haqqında fikir mübadiləsi aparılıb.

Orxan
Xəbəri paylaş