Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçiriləcək



Newscenter.az.19.02.2021. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı başa çatıb.

Newscenter.az-a Dini Komitədən bildirilib ki, “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibdə formalaşdırılması üçün birgə yığıncaq (səsvermə) keçiriləcək.

Birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları 05.03.2021-ci il tarixinədək Dövlət Komitəsinə müraciət edə bilərlər. Sənədlər Dövlət Komitəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.

Məlumat üçün bildirək ki, təmsilçilərinin (hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə) səsvermədə iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə Komitə yanında İctimai Şuranın Seçki Komissiyasına səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti, vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti, təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti və səsvermədə iştirak edəcək nümayəndənin əlaqə vasitəsini təqdim etməlidirlər.

DQİDK yanında İctimai Şuraya seçkilər isə mart ayının 15-də saat 11:00-da Dövlət Komitəsinin inzibati binasında keçiriləcək.

Mehman
Xəbəri paylaş