Newscenter.az.19.02.2021. Azad edilən torpaqlarımızın iqtisadi inkişafı ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədi ilə Media Təhlil Mərkəzi tərəfindən 29 noyabr-1 dekabr tarixləri arasında sorğu keçirilib. Sorğuda iştirak edən 426 respondentin 36,4%-ni qadınlar, 63,6%-ni isə kişilər təşkil edib.
Newscenter.az-a daxil olan xəbərə görə, sorğu iştirakçıları azad edilmiş ərazilərdə işgüzar fəallığı təmin etmək məqsədilə atılmalı addımlarla bağlı fikirlərini də bildiriblər. Belə ki, respondentlərin 30,8%-i düşünür ki, işğüzar fəallığı artırmaq üçün işğaldan azad edilmiş ərazilərdə zavod və fabriklər açılmalıdır. Xüsusi iqtisadi zonanın yaradılmalı olduğunu qeyd edənlər sorğu iştirakçılarının 25,1, aqroparkların və fermer təsərrüfatlarının yaradılmalı olduğunu deyənlər 24,4, xarici investisiyaların cəlb olunmasını zəruri sayanlar isə 19,7%-ni təşkil edir.
Respondentlərin 55,4%-i hesab edir ki, azad edilmiş ərazilərdə turizm və xidmət sahəsinə diqqətin ayrılması iqtisadi cəhətdən daha əlverişlidir. Bu mənada kənd təsərrüfatı sahəsinin inkişafına üstünlük verənlərin sayı respondentlərin 33,1%-ni təşkil edir. Sorğu iştirakçılarının 6,3%-i sənaye, 4,7%-i tikinti sektoru, 0,5%-i isə ticarət cavabını seçib.
Mehman