Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Kərimli ermənidən artıq erməni olmaq istəyir



Newscenter.az.19.02.2021. Arayikin rus dili ilə bağlı fikri hələ layihə şəklində ikən artıq Əli Kərimli kimi savadsız partiya liderləri çıxışlarında indidən "dövlət dili" anlayışını ictimai rəyə yeritməyə çalışırlar. Onlar başa düşmürlər ki, nə qədər təhlükəli səhvə yol verirlər. Ona görə də, Əli Kərimli kimi savadsız partiya liderlərinə xırda xatırlatma edərək, istərdim ki, "dövlət dili" və "rəsmi dil" anlayışlarına aydınlıq gətirim. Bəlkə, bundan sonra onlar fikir dedikdə, on dəfə düşünərlər...

Belə ki, UNESCO ekspertləri 1953-cü ildə "dövlət dili" ilə "rəsmi dil" arasında fərqi belə təklif ediblər:

1. "Dövlət dili" dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır və dövlətin simvolu hesab edilir.
2. "Rəsmi dil" - dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir. Diqqət etdinizmi? "İŞÇİ DİL".

Görürsünüzmü, "dövlət dili" dövlət ərazisində digər dillərə nəzərən daha üstün statusa malik olan dildir. Bir qayda olaraq "dövlət dili" çoxsaylı etnosun dili kimi qəbul edilir. "İşçi dil", yəni "rəsmi dil" isə etnosların da gündəlik istifadə etdiyi dil statusundadır. "Rəsmi dil" suverenlik, müstəqillik rəmzi deyil, ola da bilməz. Əgər belə olsaydı, o zaman Yeni Zelandiyada maori xalqı "dövlət dili" statusu alsa da, bu günə qədər həmin ərazidə ingilis dili hakim olmazdı.

Bir sözlə, Arayik də başa düşür ki, Qarabağın sahibi Azərbaycandır və zaman gələcək Qarabağ erməniləri də Azərbaycan vətəndaşı olacaq. Onlar da "dövlət dili" olaraq Azərbaycan dilini qəbul edəcəklər. Bu səbəbdən də, indiki məqamda sadəcə Rusiyaya yarınmaq üçün rus dilini "işçi dil" kimi qəbul etmək niyyətindədir.

Bir halda ki, Arayik "dövlət dili" anlayışından imtina edib "işçi dil" statusundan istifadə edirsə, demək ki, reallığı başa düşmüş olub. Amma görünür Arayikin əvəzinə "dövlət dili" anlayışını ictimai rəyə sırımaq istəyən Əli Kərimli ermənidən artıq erməni olmaq istəyir. Əks təqdirdə bu qədər savadsız və məsuliyyətsiz fikirlər səsləndirməzdi...

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş