Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Sumqayıt şəhər təşkilatının könüllüləri şəhid ailələrini ziyarət edib



Newscenter.az.19.02.2021. Deputat Emin Hacıyevin təşkilatçılığı ilə YAP Sumqayıt şəhər təşkilatının könüllüləri ötən gün şəhid ailələrini ziyarət edib.
Newscenter.az xəbər verir ki, YAP Sumqayıt şəhər təşkilatının könüllüləri Azərbaycan Türkiyə İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) dəstəyi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində 43 saylı Sumqayıt şəhər 3-cü seçki dairəsinindən torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ailə üzvlərinə baş çəkib, sovqatları çatdırblar.

Deputat Emin Hacıyev “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində sovqatların şəhid ailə üzvlərinə çatdırılmasında köməklik göstəriklərinə görə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynova, könüllürlərə və layihənin həyata keçirilməsində xidməti olan hər kəsə dərin minnətdarlığını bildirib.

Mehman
Xəbəri paylaş