Newscenter.az.22.02.2021. "Sabahdan “Azəriqaz” İstehsalat Birliyi yenə gücləndirilmiş iş rejimində çalışacaq".
Bunu “Azəriqaz” İstehslat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib.
“Bildiyiniz kimi, hava şəraitinin kəskin soyuması gözlənilir. Əslində, biz fevral ayının 17-dən onsuz da bu rejimdə çalışırdıq. Ötən dəfə özünüz də müşahidə etdiniz ki, bəzi qəza hallarını çıxmaqla qaz təchizatında dayandırmalar olmadı. Bu dəfə çalışacayıq ki, ümumiyyətlə belə vəziyyət yaranmasın”,- deyə R. Əliyev bildirib.
R. Əliyev qeyd edib ki, o, abonentlərin yanındadır: “İstənilən vaxt mənə də hər hansı çətin durum barədə məlumat göndərə bilərsiniz”.