Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə



Newscenter.az.26.02.2021. “ASAN Könüllüləri” Təşkilatı tərəfindən İsveçin "Hestra" şirkətinin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Kommisarlığı (BMT QAK) vasitəsi ilə Azərbaycana ianə etdiyi uşaqlar üçün qış əlcəklərinin paylanılmasına başlanılıb.

Newscenter.az-a Xidmətdən bildirilib ki, əlcəklər Gəncə şəhərində, Bərdə, Ağdam, Tərtər və Goranboy rayonlarının müharibədən ən çox zərərçəkmiş ərazilərində yaşayan, o cümlədən aztəminatlı ailələrin uşaqlarına təqdim olunacaq. Humanitar yardım ümumilikdə 8000 uşağı əhatə edəcək.

Pandemiyanın təsirinə məruz qalmış və BMT QAK-ın himayəsində olan qaçqın və sığınacaq axtaran şəxslərə bundan öncə də ASAN könüllüləri tərəfindən 800 ədəd bağlamada ərzaq yardımı təqdim olunub.

Sevinc
Xəbəri paylaş