Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün hərbi qulluqçuların maaşları artırılmalıdır



Newscenter.az.25.02.2021. Son zamanlar vətəndaşları, cəmiyyəti narahat edən bir məsələ var. Döyüş bölgəsində qulluq edən hərbi qulluqçulara ikiqat pul verildiyində, yaranmış yeni vəziyyətlə əlaqədar bu, verilmir. Yəni, fərqli şəkildə həyata keçirilməli və döyüş bölgəsindəki hərbçilərə fərqli ödəniş olmalıdır. .

Bu mövzu ictimaiyyətdə dolaşıb, Milli Məclisə də keçərək və artıq orada da mübahisə yaradıb. Əsas da mübahisə, qarışıqlığı yaradan ondadır ki hazırda Qarabağ döyüş bölgəsidir yoxsa yox?

Bu bir qaydadır. Ordunu güclü halda saxlamaq üçün əsas şərtlərdən birisi, hərbi qulluqçuların təminatıdır. Və bütün hərbi qulluqçuların maaş imkanları kifayət dərəcədə qaldırılmalıdır, buna dövlətin imkanı yaranan anda. Fərq qoymadan, kim hansı bölgə və şəraitdə xidmət edir. Əvvəla ordu özü, ən ağır rejimli, risqli xidmət sahəsidir. Yüngül, sakit mühitdə qulluq edən, bir əmrlə, bir anın içində ağır, döyüş mühitində ola bilir. Belə halda, odun-alovun içində mühasibat qurulmalı deyil ki, bunun maaşını qaldıraq, onun maaşını endirək. Yanğın həftələrlə, bəlkə ayla yoxdursa, yanğınsöndürən az maaş almır ki, çünki yanğın hər zaman baş verə bilər və o, yanğınsız da, bu hadisəyə hər an gərgin hazırlıqlı olur. Və yaxud, polisdə əməliyyatçılarla digər əməkdaşlar eyni qədər yüksək maaş alır, eyni, ağır rejimli sayılır.

Mənim müşahidə, bilgimə görə, dövlət bu saat intensiv olaraq ordunun yenilənməsi və müasir standartlara cavab verən yüksək gücdə olması istiqamətdə böyük vəsait və zəhmət sərfi tələb edən iş aparır. Həm, əldə edilmiş zəfər tempini saxlamaq, həm də, dünyada və regionda indiki ziddiyyətli, müharibə qoxulu dövr, təhlükəsizlik təminatımıza doğan kəskin ehtiyacla əlaqədar.

Bu səbəbdən, dövlətimiz, onun rəhbəri, ali baş komandan təbii ki, məntiqlə hər kəsdən də çox ordunun yüksək güc səviyyəsində və təminatlı olmasında maraqlıdır. Çünki, müharibə özü də göstərdi ki, güclü ordu ölkə-dövlətin qüdrətidir. Bu səbəblə və məntiqlə də əmin olmaq olar ki, Dövlətimiz ordunu daha gücləndirməklə, yaxın zamanda, məhz bu gücün əsas şərti olan hərbi qulluqçu maaşı yüksəlişini də təmin edəcəkdir!

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş