Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidenti: "Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər"



Newscenter.az.26.02.2021. "Regionun unikal inkişafı üçün bu gün unikal imkan yaranıb. Biz və bizim bir çox tərəfdaşlarımız hesab edir ki, müharibə başa çatıb. Biz artıq kitabın o səhifəsini bağlamalı və gələcəyə baxmalıyıq".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Nikbinliyə digər səbəb olan amil odur ki, qonşularımız da bizim fikirlərimizi bölüşür və regionun gələcək inkişafı ilə bağlı aramızda fikir ayrılığı yoxdur. Türkiyə, Rusiya və İran rəhbərliyi ilə söhbətlərim olub. Məsləhətləşmələr və təmaslar olub, faktiki olaraq tam yekdil fikir sərgiləyirik ki, biz bu imkandan maksimum səmərə ilə istifadə etməliyik. Postmüharibə dövrü yeni imkanlar açır", - dövlət başçısı əlavə edib.

Prezident bildirib ki, bu gün Ermənistan sözdə bu mövqedədir:

"Çünki gedən məsləhətləşmələrdə bəzi fikirlər ortaya atır ki, onlar qəbul edilən deyil. Əgər Ermənistan bu məsələlərdə eyni yanaşmada olarsa Ermənistan da gedən proseslərin tərkib hissəsi ola bilər. Olmasa biz onsuzda planlaşdırılan məsələləri həll edəcəyik. Heç kəs bizi dayandıra bilməz. Yaxın tarix də göstərir ki, nəyi hədəfləmişik ona da çatmışıq. Sadəcə olaraq Ermənistan növbəti dəfə bu tarixi şansı itirə bilər. Necə ki, 90-cı illərdə inanmırdılar ki, biz bütün layihələri icra edəcəyik. İndi də belə fikirdədirlərsə yenə eyni aqibətlə üzləşəcəklər. Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzun müddətli sülhün əsas təminatçısı ola bilər".
Xəbəri paylaş