Newscenter.az.26.02.2021. 2 gündür Ermənistan, İrəvan qızğın ölüm-dirim, siyasi qarşıdurma meydanına çevrilib, baş nazir Paşinyan və hərbi-siyasi müxalif qüvvələr arası. Bütün dünyanın, Qərb və Rusiyanın, xüsusilə də regionun, Cənubi Qafqaz qonşularının nəzərləri bu qovğayadır. Çünki İrəvandakı qarşıdurmanın nəticəsindən, iş elə gətirib ki, Cənubi Qafqaz və ətraf regiondakı stabillik xeyli asılıdır. Çünki, bu prosesin nəticəsindən asılıdır, Ermənistan sülh və sabit qonşuluq yolu, ya bütün Qafqaz, bütün region üçün yenə dağıdıcı ifritə rolunda olacaq? Hakimiyyətdə Paşinyan qalacaq, ya, reaksioner rusiyatərəf generalitet, Koçəryan əlinə keçəcək?
"Qırğın" nədən başladı? Azərbaycanla savaşdan məğlub yarımcan çıxmış Ermənistanda daxildə savaş səngimir. Xüsusilə, Ermənistanın məglub olması ilə qərbyönlü Paşinyanın hakimiyyətdən xalqın narazı etirazı ilə asan kənarlaşdırlacağını hesablayan Moskva ümidlərinin doğrulmaması səbəbindən. Erməni xalqı, Azərbaycan üzərində qələbəli-işğallı Rusiya birliyindən son 30 ildə nə geriləmə, nəticə gördüsə, Azərbaycana məğlub, Rusiyasız Paşinyan variantını daha üstün saydı.
İndisə, Moskvanın Ermənistanı itirməmək üçün son ümidi yalnız, öz köhnə "qvardiyasına" qalıb. Bunlar: köhnə məmur-oliqarxiya, hərbi və siyasi müxalifət, generalitet, Qarabağ klanı, katolikoz, elə bir səlahiyyətsiz prezident və s. qüvvələrdir.
Beləliklə yeni revanşa Qarabağ klanı start verdi. Az əvvəl, Moskvaya səfər edən, sabiq prezident Köçəryan qayıdan kimi, elan etdi ki, artıq böyük siyasətə qayıdır və hakimiyyət götürmək istəyir. Ardıycan, başqa, Qarabağ əsilli sabiq prezident Serj Sarqsyan, Paşinyanı ittiham edərək, bəyan etdi ki, o, müharibədə Rusiya taktiki və dağıdıcı güclü "İskəndər" raketindən Azərbaycana qarşı istifadəyə icazə verməyib.. Paşinyan xain çıxıb.
Paşinyan da borclu qalmayıb həm bunlara, həm də ki, "köhnə qvardiyanı" bu addıma təhrik edən Moskvaya qarşı bəyan etdi ki, "İskəndərlər" heç partlamayıb, ya da hədəfə dəyməyib. Yəni xlam, xarab çıxıb, Rusiyanın öyündüyü taktiki raketlər. Bu isə, artıq Rusiyanın dünyadakı hərbi gücü və silah nüfuzu, qüdrətinə qarşı da sərt bəyanatdır, hərbi müttəfiqi və onun silahından istifadə edən Ermənistan rəhbəri tərəfindən onu biyabır edən.
Və bununla qovğa başladı. Əvvəl, Rusiya Duma səlahiyyətliləri Paşinyana sərt cavab verdilər ki, bacarqsızdlr, raketi düzgün ata bilməyib. Sonra, Rusiya MN rəhbərliyi bəyan etdi ki, "İskəndərlər" ümumiyyətlə atılmayıb. (Azərbaycanın qınağına tuş gələcəklərini anlayaraq). Sonra, Ermənistan hərbi rusiyapərəst generalitetinə də start verildi Moskvadan. Və onlar da, Baş Qərargah rəisinin, Onik Qaspsryanın rəhbərliyində 41 general hirs, hikkə ilə Paşinyanın istefasını tələb edən rəsmi bəyanat verərək işi dolaşdırdılar. Çünki bu, artıq konstitusiyaya zidd qanunsuz addım oldu. Yəni ali baş komandanın tabeçiliyində olan hərbçilər abk-baş nazirin vəzifədın kənarlaşdırlıması kimi absurd siyasi addım atdılar. Paşinyan da dərhal bu səhvdən fürsətdən yararlanaraq bunu dövlət çevrilişi addımı olaraq elan etdi, bütün dünyaya.
Belə halda hərbi-siyasi müxalifət Köçəryanın da dəstəyi ilə, mitinqə başladı. Paşinyan da əksinə, xalqı dəstək mitinqinə çağırdı. Yenə, bu dəfə də, Paşinyan xalqın və Qərbin dəstəyilə üstün oldu. Həm baş qərargah heyətini vəzifədən azad etdi. Türkiyə qarışıq dünya dövlətləri bəyanat verdi ki çevrilişi pisləyirlər. Rusiya isə, susdu, neytralda.
Ancaq, qarşıdurma hələ bitməyib. Generallar da təslim olmur, hərbi-siyasi müxalif qüvvələrin də, İrəvan mərkəzində palakatlar quraraq, mitinqlər keçirməsi davam edir.. Rusiyanın hərbi bazaları, kəşfiyyat və agenturası, Ermənistanın Rusiyaya bağlı 5-ci kolon şəbəkəsi, generallarının təxribat törətmə ehtimalları ciddi, təhlükəli qalmaqdadır. Həmçinin, hərbi çevriliş və Paşinyana sui-qəsd!
Ciddi təxribatların bizim Azərbaycana da, qarşı törədilmə ehtimalı yox deyil, həm Ermənistanla sərhəddə, həm də, Qarabağ bölgəsində təhlükə yarada biləcək. Hər şey gözləmək olar, Qafqazı itirməmək, gərginlik və təsiri altında saxlamaq niyyətli qüvvələrdən. Çevriliş və sui-qəsd cəhdi də! Ona görə də biz, dövlət, ordu və xalq olaraq birlikdə, Azərbaycanı, vətənimizi təhlükələrdən qorumaq üçün tam hazırlıqlı, diqqətli olmalıyıq.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri