Newscenter.az.1.03.2021. İranın Türkiyədəki səfiri Məhəmməd Ferazmend Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
İran yenə rahat dayanmır. Azərbaycanı Qarabağ müharibəsində terrorçu istifadə etməkdə yalan ittiham edən İranın özü, Türkiyənin İraqda PKK terrorçularla mübarizə əməliyyatına qarşı çıxıb.
Bu saatlarda İranın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səbəb isə İranın İraqdakı səfiri İrec Mescidinin dünən, Türkiyənin İraq ərazisində apardığı anti-terror əməliyyatları ilə bağlı, İraqın suverenliyini pozmaqda ittihamı, Türkiyəni İraqdan qoşunlarını çıxarmağa çağırşı olub.
Türkiyə XİN-də səfir M. Ferazmendə bildirilib ki, Ankara Tehrandan terrorizmlə mübarizəyə qarşı çıxmaq deyil bu, terrorizmlə mübarizədə dəstək gözləyir.
Səfirə bildirilib ki, iraqlı həmkarının səsləndirdiyi ittihamlar Türkiyə tərəfdən qəti rədd edilir, çünki Türkiyənin apardığı bu hərbi əməliyyatlar, İraqın sabitliyinin bərpasını, onun təhlükəsizliyini həm suverenliyini hədəfə alan PKK ünsürlərinə qarşı mübarizə məqsədi daşıyır. Nəzərinə çatdırılıb ki bu, İraq rəsmi dairələrinə məlumdur və Türkiyə ilə İraq arasında son zamanlar keçirilən yüksək səviyyəli görüşlər isə, buna nümunədir. Türkiyə XİN-in xəbərdarlığında həmçinin qeyd olunub ki, səfir İ.Məscidinin həmin müsahibəsində İraqda PKK mövcudluğu haqda, nəsə fikir bildirilməyib.
İzahı nədir?
Türkiyə, təxminən, İrana xəbərdarlıq edib ki, get yerində otur, mənim PKK terrorçularla mübarizə işimə qarışma, İraq bilər, mən bilərəm.. Görünür, İran indiyədək şiə faktorundan yararlanıb özünü İraqın təsirli himayəçisi kimi aparıb. İndi Türkiyə ordusunun, İraqda əməliyyat aparmasını götürə bilməyib. Orada nüfuzdan düşməmək üçün İran səfirinin adından müsahibə tipli etiraz bildirib ki mən də varam. Türkiyəninsə artıq, İranın İraqda, regiondakı özbaşınalıqlarını keçmək fikri yoxdur və bundan sonra onun əl-qolunu qısaltmaq fikri, niyyətindədir. Zənnimcə, bu hal davamlı olacaq.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri